Gürcüstanın baş naziri İrakli Kobaxidze baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə birlikdə iri biznes nümayəndələri ilə görüşüb.
Gürcüstan hökumətindən verilən məlumata görə, görüşdə ölkədə cari hadisələr müzakirə olunub.
“Söhbət zamanı hökumətin cari proseslərlə bağlı baxışı və gələcək prioritetlərinə toxunulub. Baş nazir bir daha vurğulayıb ki, Gürcüstan hökuməti ölkənin Avropa yoluna sadiqdir və Avropaya inteqrasiya baxımından indiyədək əldə olunan irəliləyişlər bunu göstərir.
Görüş sual-cavab rejimində keçdi. Baş nazir bizneslə bağlı bütün sualları cavablandırıb. Hökumət başçısı hakimiyyətin kursu ilə bağlı müxtəlif mövqedən çıxış edən biznes nümayəndələri ilə əlavə görüşməyə hazır olduğunu bildirib.
“Hökumət administrasiyasında keçirilən görüşdə 100-dən çox biznes nümayəndəsi iştirak edirdi”, – Gürcüstan hökumətinin məlumatında deyilib.