Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefonla danışıb. Bu barədə Gürcüstan Hökumət Administrasiyası məlumat yayır.
Hökumət Administrasiyasının məlumatına görə, hökumət başçısı Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında baş vermiş dron hücumu ilə bağlı narahatlığını ifadə edib.
“İrakli Kobaxidze İlham Əliyevlə həmrəy olduğunu bildirib və hadisədə xəsarət alan vətəndaşların tezliklə sağalmasını arzulayıb.
Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığı, sıx siyasi münasibətləri və regionda sülhün və sabitliyin qorunmasının xüsusi əhəmiyyətini vurğulayıblar”, – deyə Administrasiyanın yaydığı məlumatda deyilib.