İrakli Kobaxidze İlham Əliyevlə görüşüb
İrakli Kobaxidze İlham Əliyevlə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb.

Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən görüşdə tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın inkişafının müsbət dinamikasını, həmçinin, müxtəlif sahədə əməkdaşlığın dərinləşdirilməsi perspektivini vurğuladılar.

Bölgədə sülhün və sabitliyin təmin olunması üçün birgə səyin zəruriliyi bir daha vurğulanıb.

Məlumatı Gürcüstan hökumətinin administrasiyası yayır.