İrakli Kobaxidze - İki ildir ki, hökumətin fəaliyyəti tamamilə şəffafdır, bizim bütün qərarlarımız açıqdır
Ötən ilin fevralın 8-dən bütün aktlar veb səhifəmizdə yerləşdirilir, bizim bütün qərarlarımız açıq və şəffafdır və hər kəsin onları izləmək imkanı var, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu günki brifinqdə bildirib.
Kobaxidzenin qeyd etdiyi kimi, qeyri-hökumət təşkilatları məhz düzgün fəaliyyət göstərmədikləri üçün şəffaf deyillər və milli deyil, xarici dövlətlərin maraqlarına xidmət edirlər.