İrakli Kobaxidze - Hüquqi forma müxtəlif ola bilər, lakin əsas odur ki, Saakaşvilinin, “Milli Hərəkat” rejiminin törətdiyi 2008-ci ilin cinayəti sona qədər tədqiq edilsin
İrakli Kobaxidze - Hüquqi forma müxtəlif ola bilər, lakin əsas odur ki, Saakaşvilinin, “Milli Hərəkat” rejiminin törətdiyi 2008-ci ilin cinayəti sona qədər tədqiq edilsin

 
Hüquqi forma müxtəlif ola bilər, lakin əsas odur ki, Saakaşvilinin, “Milli Hərəkat” rejiminin törətdiyi 2008-ci ilin cinayəti sona qədər tədqiq edilsin – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2008-ci ilin avqust müharibəsi zamanı həlak olanların xatirəsini yad etdiyi Muxatqverdidə deyib.

Hökumət başçısı, ictimaiyyətin bütün bunlarla bağlı məlumat alacağını bildirib.

“Hüquqi forma müxtəlif ola bilər, bu, prokurorluğa müraciət ola bilər, parlament istintaq komissiyası ola bilər, Konstitusiya Məhkəməsinə müraciət ola bilər, bütün vasitələrdən istifadə oluna bilər. İctimaiyyət bütün bunlarla bağlı məlumat alacaq, lakin əsas odur ki, Saakaşvilinin, “Milli Hərəkat” rejiminin törətdiyi 2008-ci ilin cinayəti sona qədər tədqiq edilsin” – baş nazir bildirib.