İrakli Kobaxidze - Hüquq-mühafizə orqanları konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə yönəlmiş, xaricdən maliyyələşdirilən dörd cəhdin qarşısını alıb, dövlətin möhkəmliyi məhz onların üzərində dayanır
İrakli Kobaxidze - Hüquq-mühafizə orqanları konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə yönəlmiş, xaricdən maliyyələşdirilən dörd cəhdin qarşısını alıb, dövlətin möhkəmliyi məhz onların üzərində dayanır

Konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə yönəlmiş, xaricdən maliyyələşdirilən dörd cəhd var idi və məhz bu insanlar — güc strukturları və hüquq-mühafizə orqanlarının nümayəndələri həmin cəhdlərin qarşısını aldılar, – bu barədə Baş nazir İrakli Kobaxidze jurnalistlərə bildirib.

Kobaxidze hüquq-mühafizə orqanlarının nümayəndələrinə təşəkkür edib və dövlətin möhkəmliyinin məhz onların üzərində dayandığını qeyd edib.

“Bu müddət ərzində çətin proseslərdən keçdik, ən əsası ədalət bərqərar oldu, əsas olan budur. Daxili İşlər Nazirliyinin hər bir polisinə, Xüsusi Tapşırıqlar Departamentinin hər bir əməkdaşına son dörd il ərzində hakimiyyətin zorakılıqla dəyişdirilməsinə dair dörd cəhdin qarşısını aldıqları üçün xüsusi olaraq təşəkkür etmək istəyirəm. Dövlət qarşısındakı yüksək məsuliyyətləri, vətənə olan bağlılıqları və sədaqətləri olmasaydı, bu nəticə əldə olunmazdı.Konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə yönəlmiş, xaricdən maliyyələşdirilən dörd cəhd var idi və məhz bu insanlar — güc strukturları və hüquq-mühafizə orqanlarının nümayəndələri həmin cəhdlərin qarşısını aldılar. Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Xüsusi Dövlət Mühafizə Xidmətinə, hər bir əməkdaşa və hər bir hüquq-mühafizə orqanı nümayəndəsinə bir daha təşəkkür edirəm; dövlətin möhkəmliyi məhz onların üzərində dayanır və onlar bunu son dörd il ərzində təsdiqlədilər”, – Baş nazir qeyd edib.

Onun sözlərinə görə, bütün qanun pozuntuları ilə bağlı istintaq davam edir.

“Bütün qanun pozuntuları ilə bağlı istintaq başlanıb və davam edir. Konkret bir halda günahkarı müəyyən etmək mümkün olub və əgər başqa bir halda günahkarı müəyyən etmək mümkün olarsa, əlbəttə ki, dövlət orada da maksimum məsuliyyətlə hərəkət edəcək. Bilirsiniz ki, müxtəlif istiqamətlər üzrə cinayət işləri başlanılıb. Əsas odur ki, günahkarların müəyyənləşdirilməsi mümkün olsun, hadisələrin inkişafını gözləyin”, – Kobaxidze bildirib.