İrakli Kobaxidze - hökumət sona qədər ənənəvi dəyərlərin və milli maraqların keşiyində dayanacaq, dəyərləri qorumaq üçün Ana kilsə ilə çiyin-çiyinə mübarizə aparmaq bizim borcumuzdur
Mən Gürcüstan hökuməti adından hamınıza söz vermək istəyirəm ki, hakimiyyət sona qədər bizim ənənəvi dəyərlərimizə və milli maraqlarımızın keşiyində dayanacaq. Sizi bu gün münasibətilə təbrik edirəm, – Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ailə müqəddəsliyi və valideynlərə hörmət gününə həsr olunmuş ibadət mərasimində iştirak etdiyi Müqəddəs Üçlük Məbədində toplaşan ictimaiyyətə bu sözlərlə müraciət etdi.
Baş nazir gürcü cəmiyyətinin ənənəvi dəyərlərə qarşı birliyinin vacibliyini vurğuladı və qeyd etdi ki, bütün bunlara qarşı çıxan, saxta ideologiyalar və dəyərlər yaradan qüvvələr var və milli dəyərlərin qorunması üçün Ana Kilsə ilə çiyin-çiyinə mübarizə aparmaq hakimiyyətin borcudur.
“Hər kəsi bu gün münasibətilə təbrik edir, hər kəsi Ailə müqəddəsliyi və valideynlərə hörmət günü münasibətilə təbrik edirəm. Millətlə rahibin bir yerdə olması, kilsə ilə hakimiyyətin bir yerdə olması çox vacibdir və Bu gün gürcü cəmiyyəti milli və ənənəvi dəyərlərimizin ətrafında birləşib.
Bu çox mühüm günü ölkəmizdə təsis edən Gürcüstanın Katolikos-Patriarxı II İliia Həzrətlərinə təşəkkür etmək istəyirəm. Mən bu gün bu ən qiymətli yürüşə rəhbərlik edən patriarxın varisi möhtərəm Şioya təşəkkür etmək istəyirəm.
Bir daha birliyin vacibliyini vurğulamaq istyirəm. Bugünkü yürüşə qoşulan hər kəsi təbrik etmək istəyirəm. Bu gün yürüşdə iştirak etməyən, amma uzaqdan bu yürüşə dəstək verən çoxlu insan var idi və biz, həmçinin, bu gün öz baxışlarına görə bu yürüşə qoşulmayan insanlara müraciət etməliyik.
Onları da sevgi ilə xatırlamalıyıq və arzu etməliyik ki, gələcəkdə, sabah onlar da bu günkü birliyin ətrafında toplanan dəyərləri bölüşsünlər. Mən onlara və özümüzə arzu etmək istyirəm ki, gələn il bu yürüş keçiriləndə onlar da iştirakçı olsunlar.
Ənənəvi dəyərlər uğrunda mübarizə davam edir. Bu mübarizə asan deyil. Ənənəvi dəyərlərə qarşı çıxan, saxta ideologiyalar və dəyərlər yaradan qüvvələr var və milli dəyərlərin qorunması üçün Ana Kilsə ilə çiyin-çiyinə mübarizə aparmaq hakimiyyətin borcudur.”, – deyə baş nazir bildirib.