İrakli Kobaxidze - Hər kəs dərk edir ki, Gürcüstan hakimiyyətinin liderləri ilə söhbət lazımdır, yəgin ki təşəbbüslərin tez-tez Avropa liderlərindən gəlməsi məhz bunun ifadəsidir
İrakli Kobaxidze - Hər kəs dərk edir ki, Gürcüstan hakimiyyətinin liderləri ilə söhbət lazımdır, yəgin ki təşəbbüslərin tez-tez Avropa liderlərindən gəlməsi məhz bunun ifadəsidir

Hər kəs dərk edir ki, Gürcüstan hakimiyyətinin liderləri ilə söhbət lazımdır, yəgin ki, təşəbbüslərin tez-tez Avropa liderlərindən gəlməsi məhz bunun ifadəsidir, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin 6-cı sammitində iştirak etdiyi Albaniyada gürcü jurnalistlərə müsahibəsində bildirib.

İrakli Kobaxidzenin bildirdiyinə görə, hər kəs dərk etməlidir ki, Gürcüstan Avropa və konkret olaraq Avropa İttifaqı üçün çox mühüm rola malikdir.

“Bildiyiniz kimi, ünsiyyətdə müəyyən məhdudiyyət var idi və avropalı tərəfdaşlarımız Gürcüstanla əlaqələrə yenidən can atmağa başlayıblar. Reallıqda hər kəs dərk etməlidir ki, Gürcüstanın Avropa üçün, konkret olaraq Avropa İttifaqı üçün çox mühüm rolu var, bizim regiondakı rolumuz çox vacibdir. Bu səbəbdən, sonda hərkəs anlayır ki, Gürcüstanla, Gürcüstan hakimiyyətinin liderləri ilə söhbət etmək vacibdir və yəgin ki təşəbbüslərin tez-tez Avropa liderlərindən gəlməsi məhz bunun ifadəsidir ”, – İrakli Kobaxidze bildirib.

Gürcüstanın baş naziri sammitdə xarici işlər naziri Maka Boçorişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianinin də daxil olduğu nümayəndə heyəti ilə iştirak edir.