İrakli Kobaxidze - Hakimiyyətin devrilməsi məqsədi ilə keçirilən aksiyaya tam şüurlu şəkildə təxminən 5-7 min nəfər qatıldı, hər kəs törədilmiş cinayəti gördü və buna dövlətin reaksiyası verməsi bizim məsuliyyətimizdir

Hakimiyyətin devrilməsi məqsədi ilə keçirilən aksiyaya tam şüurlu şəkildə təxminən 5-7 min nəfər qatıldı, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, oktyabrın 4-də baş verən hər şeyə görə mənəvi məsuliyyət mitinqə gələn bütün insanların üzərinə düşür.

“Elanın nə olduğunu hər kəs bilir. Hakimiyyətin devrilməsi aksiyası elan olunmuşdu. 4 oktyabrda baş verən bütün hadisələrə görə, orada olan hər bir şəxs mənəvi məsuliyyət daşıyır. Hüquqi məsuliyyətə gəlincə isə, zorakılıqda iştirak edənlərə qarşı hüquqi tədbirlər tətbiq olunduğunu bilirsiniz. Müəyyən sayda şəxs müəyyən edilib və barələrində qanuni tədbirlər görüləcək. Biz buna sevinmirik, amma törədilən cinayəti hamı gördü və buna dövlətin reaksiyası verməsi sadəcə bizim məsuliyyətimizdir”, – baş nazir bildirib.