İrakli Kobaxidze - Hakimiyyət və bizneslə birlikdə yüksək sosial məsuliyyətlə hərəkəkət etməliyik və mümkün qədər qiymətlərin azalmasına diqqət yetirməliyiq
İrakli Kobaxidze - Hakimiyyət və bizneslə birlikdə yüksək sosial məsuliyyətlə hərəkəkət etməliyik və mümkün qədər qiymətlərin azalmasına diqqət yetirməliyiq

Bu, özlüyündə vacib faktdır və ümid edirəm ki, digər şirkətlər də bunu nümunə götürəcək, biz, hamımız birlikdə – hakimiyyət və biznes – yüksək sosial məsuliyyətlə hərəkət etməliyik və mümkün qədər qiymətlərin azalmasına diqqət yetirməliyik, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, hər kəs qiymətlərin azalması istiqamətində yüksək sosial məsuliyyətlə hərəkət etməlidir.

“Bizim vəzifəmiz əhalimizin üzərində olan bu sosial yükü, qiymətlərdə özünü göstərən bu yükü yüngülləşdirməkdir. Məncə, bunun üçün resurslar mövcuddur. Parlament də cəlb olunacaq, müvafiq parlament komissiyası yaradılıb və gələn həftədən etibarən müvafiq sektorların nümayəndələri ilə komissiya formatında görüşlər keçiriləcək və cəmiyyət birbaşa olaraq bu açıq görüşlər əsasında yaranmış vəziyyət, qiymətlərin necə formalaşması və qiymətlərin azalması üçün hansı resursların mövcudluğu barədə məlumat alacaq. Bütün bunlar əsasında, hamımız birlikdə yüksək sosial məsuliyyətlə hərəkət etməliyik və qiymətlərin azalmasına diqqət yetirməliyik”, – Kobaxidze bildirib.