İrakli Kobaxidze - Gürcüstanın ərazi bütövlüyü mütləq sülh yolu ilə bərpa olunacaq və qəhrəmanların arzusu gerçəkləşəcək
İrakli Kobaxidze - Gürcüstanın ərazi bütövlüyü mütləq sülh yolu ilə bərpa olunacaq və qəhrəmanların arzusu gerçəkləşəcək

 
Ən faciəli günlər hamımızın yadındadır, lakin bu günlər hərbçilərimizin göstərdiyi böyük qəhrəmanlığa görə bizi eləcə də qürur hissi ilə doldurur – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2008-ci ilin avqust müharibəsi zamanı həlak olanların xatirəsini yad etdiyi Muxatqverdidə deyib.

Hökumət başçısı, Gürcüstanın ərazi bütövlüyünün mütləq sülh yolu ilə bərpa olunacağını və qəhrəmanların arzusunun gerçəkləşəcəyini bildirib.

“Bu gün biz avqust müharibəsində həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad etdik. Ən faciəli günlər hamımızın yadındadır, lakin bu günlər hərbçilərimizin göstərdiyi böyük qəhrəmanlığa görə bizi eləcə də qürur hissi ilə doldurur və bir daha əlbətdə, onları ehtiramla yad etməliyik. Onların arzusu var idi, bu, Gürcüstanın ərazi bütövlüyü idi və əminəm ki, onların qəhrəmanlığı iz qoymadan ötüşməyəcək, Gürcüstanın ərazisi mütləq bərpa olunacaq, sülh yolu ilə bərpa olunacaq və qəhrəmanlarımızın arzusu gerçəkləşəcək” – baş nazir bildirib.