İrakli Kobaxidze - Gürcüstanda seçkilər dinc və sakit mühitdə keçirilməlidir, bu, prinsipial olaraq vacibdir, xüsusilə hakim qüvvə üçün
İrakli Kobaxidze - Gürcüstanda seçkilər dinc və sakit mühitdə keçirilməlidir, bu, prinsipial olaraq vacibdir, xüsusilə hakim qüvvə üçün

 

Gürcüstanda seçkilər dinc və sakit mühitdə keçirilməlidir, bu, prinsipial olaraq vacibdir, xüsusilə hakim qüvvə üçün – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

Samtrediada Nika Melianın təhqir edilməsi ilə bağlı jurnalistlərin sualına cavab olaraq baş nazir istənilən oxşar hadisənin qəbuledilməz olduğunu bildirib.

“Seçkilərin dinc və sakit mühitdə keçirilməsi prinsipial olaraq vacibdir. Əlbətdə, istənilən belə hadisə qəbuledilməzdir. Hamını bu cür hərəkətlərdən çəkinməyə çağırıram. Gürcüstanda seçkilər dinc və sakit mühitdə keçirilməlidir, bu, prinsipial olaraq vacibdir, xüsusilə hakim qüvvə üçün” – baş nazir bildirib.