İrakli Kobaxidze – Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığın bərpa olunacağına dair nikbin gözləntimizi qoruyub saxlayırıq, bizim vəzifəmiz budur, qarşılıqlı addımları səbirlə gözləyirik

14:35, 02.08.2026

Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığın bərpa olunacağına dair nikbin gözləntimizi qoruyub saxlayırıq, – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə bəyan edib.

Hökumət başçısının qeyd etdiyi kimi, Amerika tərəfdaşları ilə ünsiyyət davam edir.

“Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığın bərpa olunacağına dair nikbin gözləntimizi qoruyub saxlayırıq. Amerikalı tərəfdaşlarımızla əlaqə saxlayırıq. Ümid edirik ki, biz qarşılıqlı addımları görəcəyik, bu isə sonda strateji tərəfdaşlığın bərpasını təmin edəcək. Bizim vəzifəmiz budur və Amerika tərəfinin qarşılıqlı addımlarını səbirlə gözləyirik”, – İrakli Kobaxidze bildirib.

Oxşar