Gürcüstan hökuməti olimpiya çempionlarına 1 milyon lari, gümüş medalçılara yarım milyon, bürünc medalçılara isə 250 min lari verəcək
Ənənəvi olaraq, Olimpiya Oyunlarından əvvəl premiya təsis edilir və bu halda da Gürcüstan hökuməti tərəfindən olimpiya çempionları üçün bir milyon lari ayrılacaq- bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze olimpiyadanın gürcü iştirakçılarının andiçmə mərasimində çıxışı zamanı deyib.
“Gümüş medal halında yarım milyon lari, bürünc medalçılar üçün 250 min lari ayrılır. Əminəm ki, çempionluq uğrunda sonadək mübarizə aparmaq üçün əlavə motivasiyaya ehtiyacınız yoxdur, lakin əlbətdə bu, yəqin ki, motivasiyanızı daha da artıracaq əlavə amildir.
Gürcüstan hökuməti adından sizə söz vermək istərdim ki, gürcü idmanına, gürcü olimpiya iştirakçılarına, olimpiya komandasına dəstək yenə də davam edəcək və bu dəstək, üstəlik, ildən-ilə daha da artacaq. Mən sizə Olimpiya Oyunlarında böyük uğurlar arzulamaq istəyirəm” – deyə İrakli Kobaxidze açıqlayıb.