İrakli Kobaxidze - Gürcüstan Cənubi Qafqazda sabitliyi və dinc yanaşı yaşayışı dəstəkləyir, regionda sülhün təmin olunmasında öz rolumuzu yerinə yetirməyə hazırıq
Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesinin müsbət dinamikasını və xüsusilə, Ermənistan hakimiyyətinin qonşu ölkələrlə münasibətlərin normallaşmasına yönəlmiş səyini təqdir edir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə keçirilən brifinqdə bildirib.
Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstan regionda sülhün təmin olunmasında öz rolunu yerinə yetirməyə hazırdır.
“Gürcüstan Cənubi Qafqazda sabitliyi və dinc yanaşı yaşayışı dəstəkləyir. Bu baxımdan, regiondakı çağırışların öhdəsindən gəlinməsi prosesində birgə səylərimizin vacibliyini vurğulamaq istəyirəm. Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesinin müsbət dinamikasını və xüsusilə, Ermənistan hakimiyyətinin qonşu ölkələrlə münasibətlərin normallaşmasına yönəlmiş səyini təqdir edir. Biz regionda sülhün təmin olunmasında imkanlarımız çərçivəsində öz rolumuzu yerinə yetirməyə hazırıq. Bu gün keçirilən görüşlərdən məmnuniyyətimi bir daha ifadə etmək istəyirəm. Çox maraqlı söhbətlərimiz oldu. Gürcü-erməni münasibətləri, regionda gedən qlobal proseslərlə bağlı bir daha fikir mübadiləsi aparmaq imkanım olduğu üçün şadam. Bir daha baş nazirə Gürcüstana təşrif buyurduğu üçün və gürcü-erməni münasibətlərinin inkişafına verdiyi töhfəyə görə çox təşəkkür etmək istəyirəm” – İrakli Kobaxidze bildirib.