İrakli Kobaxidze - Gürcüstan-Avropa İttifaqı münasibətləri ilə bağlı mesajlarımızı bütün liderlərlə, o cümlədən birbaşa Avropa İttifaqı strukturlarının liderləri, cənab Borrell, cənab Mişellə bölüşdük
İrakli Kobaxidze - Gürcüstan-Avropa İttifaqı münasibətləri ilə bağlı mesajlarımızı bütün liderlərlə, o cümlədən birbaşa Avropa İttifaqı strukturlarının liderləri, cənab Borrell, cənab Mişellə bölüşdük

 
Gürcüstan-Avropa İttifaqı münasibətləri ilə bağlı mesajlarımızı bütün liderlərlə, o cümlədən birbaşa Avropa İttifaqı strukturlarının liderləri, cənab Borrell, cənab Mişellə bölüşdük -bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Krallıqda jurnalistlərə deyib.

Hökumət başçısı, regionda vəziyyətin sakitləşməsi ilə birlikdə, Gürcüstana münasibətin də dərhal dəyişəcəyini bildirib.

“Gürcüstan-Avropa İttifaqı münasibətləri, genişlənmə məsələləri, cari gündəm haqqında söhbət etdik. Mesajlarımızı bütün liderlərlə bölüşürdük. Onların arasında Avropa İttifaqı strukturlarının liderləri cənab Borrell, cənab Mişel və başqaları var idi, onlarla bu mövzularla bağlı söhbətimiz oldu. Regionda qlobal vəziyyət dəyişən kimi vəziyyətin sakitləşəcəyi, Gürcüstana münasibətin dərhal dəyişəcəyi məndə olan ümumi təəssüratdır. Bu proses ondan əvvəl də başlayacaq, hərçənd yekun olaraq regionda siyasi vəziyyətin sakitləşməsindən çox şey asılı olacaq”- deyə baş nazir bildirib.