İrakli Kobaxidze - Gələn ildən dövlət təhsil müəssisələrinə qəbul olunan hər kəs üçün təhsil pulsuz olacaq, bu dəyişiklik dövlət universitet sistemində mərhələli şəkildə tətbiq ediləcək
Gələn ildən və sonrakı illərdə dövlət təhsil müəssisələrinə qəbul olunan hər kəs üçün təhsil pulsuz olacaq, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Hökumət başçısının sözlərinə görə, bu çox vacib dəyişiklikdir və dövlət universitet sistemində mərhələli şəkildə tətbiq olunacaq.
“Ali təhsil islahatına və xüsusilə maliyyələşdirmə məsələsinə gəlincə, bizim toplantımız oldu, məsələ həm hökumət formatında, həm də siyasi şura formatında müzakirə edildi və qərara alındı ki, 2026-cı ilin qəbulundan etibarən dövlət universitetlərində təhsil tələbələr üçün tamamilə pulsuz olacaq. Gələn ildən və sonrakı illərdə dövlət təhsil müəssisələrinə qəbul olunan hər kəs üçün təhsil pulsuz olacaq. Bu çox önəmli dəyişiklikdir və bu dəyişiklik dövlət universitet sistemində mərhələli şəkildə tətbiq olunacaq,” – deyə Baş nazir bildirib.