İrakli Kobaxidze – Fransa parlamentinin qətnamə layihəsi Avropa bürokratiyasında vəziyyətin nə qədər ağır olduğunu göstərir, belə böyük bir ölkənin qətnamə layihəsində açıq yalanlar yazılır
Bu qətnamə Avropa bürokratiyasında vəziyyətin nə qədər ağır olduğunu göstərir. Belə böyük bir ölkənin parlamentinin qətnamə layihəsində açıq yalanlar yazılır”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə Fransa parlamenti tərəfindən qəbul edilmiş qətnamə ilə bağlı bildirib.
Hökumət başçısına Fransa Senatının müzakirə etdiyi, sabiq prezident Mixeil Saakaşvilinin hələ də ağır və qeyri-münasib şəraitdə saxlanılması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən tənqid olunan qətnamə barədə sual verilib. İrakli Kobaxidze isə Avropa bürokratiyasında baş verənləri faciəvi hadisə olaraq adlandırıb.
“Bu qətnamə Avropa bürokratiyasındakı ağır vəziyyətdən xəbər verir. Belə böyük bir ölkənin parlamentinin qətnamə layihəsində birbaşa yalanlar yazılır. Avropa bürokratiyasında şahidi olduğumuz hadisə faciəvidir. Bu vəziyyətin dəyişəcəyinə ümid edirəm”, – deyə Baş nazir bildirib.
Fransa Senatının sabiq prezident Mixeil Saakaşvilinin ağır və qeyri-münasib şəraitdə qalması ilə bağlı qəbul etdiyi qətnamə beynəlxalq təşkilatlar tərəfindən pislənir.