İrakli Kobaxidze ərzaq məhsullarının qiymətləri ilə bağlı fəaliyyət göstərən hökumət koordinasiya komissiyasının formatı çərçivəsində distribütor şirkətlərinin nümayəndələri ilə görüşüb
İrakli Kobaxidze ərzaq məhsullarının qiymətləri ilə bağlı fəaliyyət göstərən hökumət koordinasiya komissiyasının formatı çərçivəsində distribütor şirkətlərinin nümayəndələri ilə görüşüb

Biznesin və əhalinin maraqlarını mümkün qədər balanslaşdırmaq bizim üçün vacibdir. Biz əhalinin maraqlarını birlikdə qorumaq və qiymətləri mümkün qədər aşağı salmaq üçün əlimizdən gələni etmək istəyirik, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze distribütor şirkətlərinin nümayəndələrinin də iştirak etdiyi ərzaq məhsullarının qiymətləri ilə bağlı fəaliyyət göstərən hökumət koordinasiya komissiyasının bugünkü iclasında bildirib.

Kobaxidze qeyd edib ki, ilkin tədqiqata əsasən, Gürcüstanda qiymət artımı orta hesabla 86% təşkil edir ki, bu da kifayət qədər yüksək göstəricidir. Komissiyanın məqsədi isə müvafiq tərəflərlə müzakirələr apararaq qiymətlərin formalaşma zəncirinin necə işlədiyini müəyyənləşdirmək və qiymətlərin azaldılması üçün harada imkanların olduğunu üzə çıxarmaqdır.

“İlkin tədqiqat göstərir ki, Gürcüstan sərhədindən birbaşa rəfə qədər kifayət qədər yüksək qiymət artımı baş verir və orta qiymət artımı 86% təşkil edir ki, bu da bizim fikrimizcə, kifayət qədər yüksək göstəricidir. Biz maraqlandıq, şəxsən gördüm ki, məsələn, Almaniyada topdansatışdan mağaza rəfinə qədər qiymət artımı 20%-dən 30%-ə qədərdir, yəni bu, standart qiymət artımıdır. Bu şəraitdə 86% kifayət qədər yüksək göstərici kimi görünür. Bu 86%-lik qiymət artımının bir hissəsi distribusiyanın payına düşür — 44% məhz distribusiyanın payıdır və şəbəkə marketləri ilə müqayisədə bu pay nisbətən daha azdır. Ümumilikdə, 86% təşkil edir ki, bu da Gürcüstanda qiymətlərin Avropadakı qiymətlərdən daha yüksək olduğunu göstərir. Bəzi hallarda qiymət 50% yüksəkdir, qiymət iki-üç dəfə yüksəkdir, yəni qiymətlər arasındakı fərq olduqca böyükdür. Biznes öz baxışlarına uyğun hərəkət etdikdə, təbii ki, bunun çoxlu müsbət tərəfləri var, amma burada bizim üçün heç də az əhəmiyyət kəsb etməyən sosial amil də var. Bu maraqları mümkün qədər balanslaşdırmaq bizim üçün vacibdir və hamımız əhalinin maraqlarınının qayğısına qalmaq və mümkün qədər qiymətlərin aşağı salınması üçün çalışmaq istəyirik”, – Baş nazir bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, bu tip görüşlər hakimiyyət üçün vacibdir ki, sektorun özündən birbaşa olaraq harada problemlər gördükləri və qiymətlərin azaldılması üçün hansı resursların mövcud olduğu barədə məlumat alsınlar.

Komissiyanın iclasında Distribütorlar Biznes Assosiasiyasının rəhbəri ilə birlikdə, eləcə də təxminən 15 distribütor şirkətinin nümayəndələri iştirak ediblər.

Gələn həftədən etibarən qida istehsalçıları ilə yanaşı, əczaçılıq və yanacaq qiymətləri ilə bağlı da oxşar görüşlər keçiriləcək.

Gürcüstan Hökuməti Administrasiyası məlumat yayır.