İrakli Kobaxidze ərzaq məhsullarının qiymətləri ilə bağlı fəaliyyət göstərən hökumət komissiyasının formatında iri yanacaq şirkətlərinin nümayəndələri ilə görüşüb
Gürcüstanın İrakli Kobaxidze ərzaq məhsullarının qiymətləri ilə bağlı fəaliyyət göstərən hökumət komissiyasının formatında Gürcüstanda fəaliyyət göstərən iri yanacaq şirkətlərinin nümayəndələri ilə görüşüb.
Gürcüstan Baş nazirinin mətbuat xidmətinin məlumatına görə, komissiyanın iclasında Gürcüstanda yanacağın mövcud qiymətləri və onun mümkün azaldılması imkanları müzakirə edilib.
Qeyd edilib ki, ərzaq məhsullarından fərqli olaraq, Gürcüstanda yanacaq qiymətləri Avropa ölkələrinə nisbətən daha aşağıdır və bu, digər məsələlərlə yanaşı, Gürcüstanda aksiz vergisinin Avropa ölkələrində tətbiq olunan müvafiq vergidən təxminən üç dəfə aşağı olması ilə əlaqədardır, lakin, buna baxmayaraq, qiymətlərin mümkün azaldılması ilə bağlı müəyyən müzakirələr aparmaq mümkündür.
Hökumət başçısı yanacaq şirkətlərinin nümayəndələrinin bazardakı mövcud vəziyyəti, təchizat zəncirinin işləməsini və həmçinin qiymət formalaşması mexanizmini necə qiymətləndirmələri barədə fikirlərini dinlədi.
Görüş müzakirə formatında keçirildi. Tərəflər dialoqun iş rejimində davam etdiriləcəyi barədə razılığa gədilər.
Ərzaq məhsullarının, dərmanların və yanacağın qiymətləri ilə bağlı müzakirə gələn həftədən parlament komissiyasının formatına keçəcək.