İrakli Kobaxidze Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb
İrakli Kobaxidze Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyanla görüşüb. Görüşdə iki ölkə arasında mövcud dostluq əlaqələri və müdafiə sahəsində əməkdaşlığa diqqət yetirilib.

Gürcüstan hökumətinin məlumatına əsasən, görüşdə qeyd olunub ki, iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi Gürcüstan və Ermənistan arasında müxtəlif istiqamətlərdə tərəfdaşlığın dərinləşməsi üçün yaxşı əsas yaradır.

Həmçinin, dünyada və bölgədə mövcud təhlükəsizlik mühiti və çağırışların öhdəsindən gəlmək üçün birgə səylərin əhəmiyyətinə toxunulub.