İrakli Kobaxidze - Ermənistanın müdafiə naziri ilə müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələsini müzakirə etdik, regional təhlükəsizlik mühitində baş verən dəyişikliklərlə bağlı fikir mübadiləsi apardıq

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşünə X sosial şəbəkəsində münasibət bildirir.

Hökumət başçısının sözlərinə görə, onlar Gürcüstan və Ermənistan arasında müdafiə sektorunda əməkdaşlığın dərinləşdirilməsi məsələsini müzakirə ediblər.

“Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan ilə görüşdüm. Gürcüstan və Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələsini müzakirə etdik və regional təhlükəsizlik mühitində baş verən dəyişikliklərlə bağlı fikir mübadiləsi apardıq”, – Baş nazir qeyd edir.