İrakli Kobaxidze – Ermənistanın xarici işlər naziri ilə görüşdə münasibətlərin gücləndirilməsi yollarını müzakirə etdik, Cənubi Qafqazın sülhə və sabitliyə yönəlmiş ümumi baxışını təsdiqlədik

18:01, 14.11.2025

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanla görüşünə X sosial şəbəkəsində münasibət bildirir.

Baş nazirin yazdığına görə, görüşdə Ermənistan–Gürcüstan münasibətlərinin gücləndirilməsi yolları müzakirə edilib.

“Mən Ermənistan Respublikasının Xarici İşlər Naziri Ararat Mirzoyan ilə görüşməkdən məmnunam. Biz Ermənistan-Gürcüstan münasibətlərinin daha da möhkəmləndirilməsi yollarını müzakirə etdik və sülh, sabit və daha çox bağlı Cənubi Qafqaz üçün ümumi baxışımızı təsdiq etdik”, – baş nazir qeyd edir.

Oxşar