İrakli Kobaxidze - Əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin tarixi səfəri bizim tərəfdaşlığımızı və hər iki ölkənin ümumi maraqlarını daha da gücləndirəcək
İrakli Kobaxidze - Əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin tarixi səfəri bizim tərəfdaşlığımızı və hər iki ölkənin ümumi maraqlarını daha da gücləndirəcək

“Biz Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Gürcüstana səfəri çərçivəsində bütün strateji istiqamətlər üzrə səmərəli müzakirələr apardıq”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkədə yazır.

İrakli Kobaxidzenin qeyd etdiyi kimi, görüşdə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə olunub.

“Mən ilk dəfə Tbilisidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti, Zati-aliləri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana ev sahibliyi etmək şərəfinə nail oldum. Səfər çərçivəsində bütün strateji istiqamətlər üzrə səmərəli müzakirələr apardıq. Əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarını müzakirə etdik və ikitərəfli münasibətlərin inkişafına dair ortaq sadiqliyimizi bir daha təsdiqlədik. Əminəm ki, birgə səylərimiz sayəsində bu tarixi səfər tərəfdaşlığımızı və hər iki ölkənin ortaq maraqlarını daha da möhkəmləndirəcək”, – İrakli Kobaxidze yazır.