İrakli Kobaxidze - “Eagle Hills” investisiyası ilə bağlı guya “ərəbləşmə” məsələsinə dair böyük kampaniya aparılırdı, lakin bu, uğursuz oldu, cəmiyyət bu investisiyanın real olduğuna və ölkənin iqtisadi inkişafına fayda verəcəyinə əmin oldu
“Eagle Hills” investisiyası ilə bağlı guya “ərəbləşmə” məsələsinə dair böyük kampaniya aparılırdı, lakin bu, uğursuz oldu, cəmiyyət bu investisiyanın tamamilə real olduğuna və ölkəmizin iqtisadi inkişafına fayda verəcəyini anladı”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” teleşirkətinin efirində keçirilən debatları qiymətləndirərkən bildirib.
Baş nazirin dediyinə görə, müzakirə üçün fürsət yarandı və ictimaiyyət “Eagle Hills” investisiyası və miqrasiya mövzusu ilə bağlı daha çox məlumat əldə etdi.
“Belə bir şəraitdə insanlar müzakirədən imtina etdikdə, görünür ki, müzakirə qorxusu var və bu, açıq-aydın görünürdü. Miqrasiya mövzusu və “Eagle Hills” layihəsi çox aktualdır və ictimaiyyət bu məsələ ilə bağlı məlumatı monoloq rejimində alırdı. Sizinlə monoqol rejimində danışanda, təbii ki, tam məlumat ala bilmirsiniz. Bu gün müzakirə üçün fürsət yarandı və yəqin ki, ictimaiyyət hər iki mövzu ilə bağlı daha çox məlumat aldı. Bu müzakirənin mahiyyətcə konstruktiv rejimdə aparılması yaxşıdır və əminəm ki, debatlar “İmedi” teleşirkətinəd də belə bir rejimdə davam edəcək.
Miqrasiya və demoqrafiyaya gəlincə, bu, çətin və ağrılı məsələlərdən biridir. Biz bu istiqamətdə vəziyyəti yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik və bu istiqamətdə təşəbbüslər də səsləndirmişik. “Eagle Hills”in investisiyasına gəlincə, guya “ərəbləşmə” ilə bağlı çox böyük kampaniya aparılırdı, lakin bu kampaniya uğursuz oldu. 257 mənzildən cəmi 8-nin ərəb vətəndaşlarına satılması göstərir ki, bu kampaniya tamamilə əsassız idi. Maliyyə tərəfi barədə də danışmaq imkanımız olub və yəqin ki, cəmiyyət bu investisiyanın tamamilə real olduğuna və ölkəmizin iqtisadi inkişafına fayda verəcəyinə əmin olub”, – deyə Baş nazir bildirib.