İrakli Kobaxidze dünya liderləri ilə birlikdə Birləşmiş Krallıqda Blenhaym sarayının ev sahibliyi etdiyi Avropa Siyasi Birliyinin sammitinin açılış plenar sessiyasında iştirak edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze dünya liderləri ilə birlikdə Birləşmiş Krallıqda Blenhaym sarayının ev sahibliyi etdiyi Avropa Siyasi Birliyinin sammitinin açılış plenar sessiyasında iştirak edib.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer sammitin açılışını edib.
Ukraynanın Prezidenti, İsveçrənin Prezidenti və Danimarkanın Baş naziri də açılış plenar sessiyasının iştirakçıları qarşısında çıxış ediblər.
Avropa Siyasi Birliyinin sammitinin açılışından əvvəl iştirakçı liderlər birgə xatirə şəkli çəkdiriblər.
Məlumatı Gürcüstanın Hökumət Administrasiyası yayır.