İrakli Kobaxidze Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğənlə görüşüb. Məlumatı Hökumət Administrasiyası yayır.
Onların məlumatına görə, görüş zamanı Gürcüstan və Türkiyə arasında mövcud dostluq münasibətləri, strateji tərəfdaşlıq və idman sahəsində əməkdaşlıq müzakirə olunub.
“Tbilisidə keçirilən güləş üzrə dünya çempionatının gedişini müzakirə ediblər. Bilal Ərdoğan baş nazirə çempionata ev sahibliyi etdiyinə və onu yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkür edib.
Bilal Ərdoğan Gürcüstanda güləş üzrə dünya çempionatı ilə əlaqədar Gürcüstan İdman Nazirliyinin dəvəti ilə Gürcüstandadır.
Gürcüstan tarixdə ilk dəfə olaraq Gürcüstanda güləş üzrə dünya çempionatına ev sahibliyi edir. Çempionat oktyabrın 25-də keçiriləcək. Qaliblər absolut çəki kateqoriyalarında müəyyən olunacaqlar”, – məlumatda deyilib.