İrakli Kobaxidze – Dövlət universitetlərində ali təhsil pulsuz olacaq, tələbələrin motivasiyasını itirməməsi üçün müəyyən mexanizmlər yaradılıb

14:55, 02.08.2026

Dövlət universitetlərində ali təhsil tələbələr üçün pulsuz olacaq, tələbələrin motivasiyasını itirməməsini təmin etmək üçün müəyyən mexanizmlər yaradılıb, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Baş nazirin sözlərinə görə, əgər tələbə semestr ərzində iki fəndən kəsilirsə, bu o deməkdir ki, o, mahiyyətcə tədris prosesinə dərindən cəlb olunmayıb.

“Pulsuz ali təhsil ilə bağlı çox aydın bəyanat verildi. Gürcüstanda ilk dəfə olaraq dövlət universitetlərində ali təhsil tələbələr üçün pulsuz olacaq. Burada tələbələrin motivasiyasını itirməmələri üçün müəyyən mexanizmlər müəyyən edilib. Əgər tələbə semestr ərzində iki fəndən kəsilirsə, bu o deməkdir ki, o, mahiyyətcə tədris prosesinə dərindən cəlb olunmayıb. Bu halda artıq üçüncü semestrdən etibarən maliyyələşmənin azaldılması nəzərdə tutulub ki, bunun da yeganə məqsədi tələbələrin motivasiyasını artırmaqdır”, – Baş nazir bildirib.

Oxşar