İrakli Kobaxidze - ictmai xidmətlərdə on faizlik maaş artımı gələn il də davam edəcək, uşaq bağçaları, incəsənət və idman məktəblərinin işçilərinin maaşları standart artımdan kənarda yanvar ayından 100 lari artırılacaq

Büdcələrin artması bizə maaşları da artırmağa imkan verəcək. İctimai xidmətə gəlincə, son illər ərzində hər il on faiz artım təmin edilib, on faizliq göstərici ilə maaçşların artması gələn ildə davam edəcək”, – bu barədə “Gürcü arzusu”nun seçki qərargahının rəhbəri, Baş nazir İrakli Kobaxidze seçki proqramının təqdimatı zamanı bildirib.

Onun söylədiyinə görə, uşaq bağçaları, incəsənət və idman məktəblərinin işçilərinin maaşı yanvarın 1-dən normativ artımdan kənarda 100 lari artırılacaq.

“Uşaq bağçalarının işçi heyəti ilə, standart artımdan kənar, biz yanvarın 1-dən hər bir işçi üçün əmək haqqının 100 lari artımını planlaşdırdıq və eyni şey incəsənət və idman məktəblərinin işçilərinə də şamil edilir, burada da standart artımdan kənar, onların maaşları Yanvarın 1-dən 100 lari artırılacaq”, – deyə İrakli Kobaxidze bildirib.