İrakli Kobaxidze – Dövlət qulluqçularının əməkhaqqının artırılması prioritetdir, bu il də onlara əməkhaqqının 10% artırılması təmin edilib

14:22, 27.06.2025

Dövlət qulluqçularının maaşlarının artırılması əlbəttə ki, bu il də prioritetdir, – bu barədə Baş nazir İrakli Kobaxidze parlamentdə illik hesabatla çıxışı zamanı bildirib.

Baş nazirin söylədiyinə görə, dövlət qulluqçularının maaşlarında 10% artım təmin edilib.

“Dövlət qulluqçularının maaşlarının artırılması əlbəttə ki, bu il də prioritetdir. Bu il də onlara əməkhaqqının 10% artırılması təmin edilib, həmçinin, cari ildən etibarən uşaq bağçalarının, incəsənət və idman məktəblərinin əməkdaşlarının maaşları əhəmiyyətli dərəcədə artırılıb”, – Baş nazir bildirib.

Oxşar