İrakli Kobaxidze - Demək olar ki, dünyanın yarısı bizim mesajlarımızla danışmağa başladı, bu çox vacibdir, əsas odur ki, həm ABŞ, həm də Avropa İttifaqı ölkələrində qavrayışları düzgün şəkildə sıralayaq
İrakli Kobaxidze - Demək olar ki, dünyanın yarısı bizim mesajlarımızla danışmağa başladı, bu çox vacibdir, əsas odur ki, həm ABŞ, həm də Avropa İttifaqı ölkələrində qavrayışları düzgün şəkildə sıralayaq

“Hadisələr çox maraqlı inkişaf edir, siz görürsünüz ki, dünyanın demək olar ki, yarısı bizim mesajlarımızla danışmağa başladı, bu çox vacibdir”, – bu barədə Gürcüstanın Baş Naziri İrakli Kobaxidze Özbəkistanda jurnalistlərə müsahibəsində bildirib.

Baş nazirin qeyd etdiyi kimi, əsas məsələ həm ABŞ-da, həm də Avropa İttifaqı ölkələrində son olaraq, qavrayışları düzgün şəkildə sıralamaqdır.

“Əsas odur ki, bütün Avropa ölkələri “Dərin Dövlət”dən, “Qlobal Müharibə Partiyası”ndan, onun təsirlərindən və son olaraq ABŞ azad olsun. Bu halda prinsiplərə riayət olunacaq. Hadisələr fərqli inkişaf etsə, bu halda hüquqi dövlət, qanunun aliliyi, demokratiya və s. kimi prinsiplər yenə də ciddi çağırışların qarşısında dayanacaq. “Dərin Dövlət” və “Qlobal Müharibə Partiyası”nın təsiri şəraitində bu prinsiplərin çox ciddi çağırışların qarşısında dayandığını görürdünüz. Ümid edək ki, bu gün müşahidə etdiyimiz tendensiya həm Amerika Birləşmiş Ştatlarında, həmçinin, bəzi Avropa ölkələrində davam edəcək”, – İrakli Kobaxidze bildirib.