İrakli Kobaxidze – Dağlıq Acara özünəməxsus təbiəti, ənənələri ilə seçilir və onun əsas sərvəti yerli əhalisidir, bu il də söz vermək istəyirəm ki, dağlıq Acaradan qayğı əskik olmayacaq

13:30, 02.08.2026

Hər kəsi “Şuamtoba” münasibətilə təbrik edirəm. Bu bayram təkcə Acara, dağlıq Acara üçün deyil, bütün Gürcüstan və hər birimiz üçün xüsusi bir bayramdır”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beşumda keçirilən “Şuamtoba” ümumxalq bayramında çıxışı zamanı bildirib.

Hökumət başçısının sözlərinə görə, dağlıq Acara özünəməxsus təbiəti, mədəniyyəti və adət-ənənələri ilə seçilir.

“Yerli əhalinin və bütün qonaqların bu bayramı hər il belə bir sevinclə qarşılamasına şadam. Hər kəsi “Şuamtoba” münasibətilə təbrik edirəm. Bu bayram təkcə Acara, dağlıq Acara üçün deyil, bütün Gürcüstan və hər birimiz üçün xüsusi bir bayramdır. Dağlıq Acaraya hər dəfə gəldiyimizdə qonaqlarla paylaşdığınız bu sevgiyə görə sizə təşəkkür etmək istəyirəm. Bu bölgə özünəməxsus təbiəti, mədəniyyəti, ənənələri ilə hər baxımdan seçilir və hər cəhətdən zəngindir. Bu bölgənin ən böyük sərvəti onun insanları, yerli sakinləridir. Onlar insanlarla sevgi və sevinci bölüşmək kimi xüsusi bir istedada malikdirlər. Biz də bunu hər dəfə burada olanda ürəkdən hiss edirik. Bu il də söz vermək istəyirəm ki, dağlıq Acaradan qayğı əskik olmayacaq. Bölgə ildən-ilə inkişaf edir, lakin daha çoxuna ehtiyac var və bu, bizim məsuliyyətimizdir. Hökumət adından söz vermək istəyirəm ki, bu qeyri-adi bölgədən və bu qeyri-adi insanlardan qayğımızı əskik etməyəcəyik”, – Baş nazir bildirib.

Oxşar