İrakli Kobaxidze Çinin Gürcüstandakı səfiri Çou Tsien ilə görüşüb
İrakli Kobaxidze Çinin Gürcüstandakı səfiri Çou Tsien ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin Xalq Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Çou Tsien ilə görüşüb.

Hökumət administrasiyasının məlumatına görə, görüşdə Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq çərçivəsində mövcud olan əməkdaşlığın müxtəlif istiqamətləri və tərəfdaşlığın gələcək perspektivləri müzakirə olundu.

Bununla yanaşı, onların məlumatına görə, ölkələr arasında ticarət-iqtisadi əlaqələrə xüsusi diqqət yetirilib. Ticarət dövriyyəsinin artan dinamikası və Orta Dəhlizin iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.