İrakli Kobaxidze - Çin ilə münasibətlər bizim üçün ən mühüm prioritetlərdən biridir, bizim vəzifəmiz siyasi və ticarət-iqtisadi əlaqələri maksimum dərəcədə dərinləşdirməkdir
Çin ilə münasibətlər bizim üçün ən mühüm prioritetlərdən biridir, bizim vəzifəmiz siyasi və ticarət-iqtisadi əlaqələri maksimum dərəcədə dərinləşdirməkdir, – bu barədə Baş nazir İrakli Kobaxidze parlamentdə illik hesabatla çıxışı zamanı bildirib.
Onun söylədiyinə görə, Çinlə tərəfdaşlıq sazişinin konkret nəticələrə təsir etməsi üçün hər şey ediləcək.
“Çinlə münasibətlər ölkəmiz və hakimiyyətimiz üçün ən vacib prioritetlərdən biridir. Bizim vəzifəmiz Çinlə siyasi və ticarət-iqtisadi əlaqələri maksimum dərəcədə dərinləşdirməkdir. İki il əvvəl biz strateji tərəfdaşlıq sazişinə imza atdıq və gələcəkdə də bu sazişin konkret nəticələrə təsir etməsi üçün hər şeyi edəcəyik, bu istiqamətdə fəal iş gələcəkdə də davam etdiriləcək”, – Kobaxidze bildirib.