İrakli Kobaxidze “China Eastern Airlines” şirkətinin vitse-prezidenti Xe Siaotsuen ilə görüşüb

21:16, 16.07.2026

Gürcüstanın Baş naziri İrakli Kobaxidze “China Eastern Airlines” şirkətinin vitse-prezidenti Xe Siaotsuen ilə görüşüb.

Hökumət Administrasiyasının məlumatına görə, görüşdə Tbilisi ilə Şanxay arasında birbaşa müntəzəm aviareyslərin açılmasının həm turizmin, həm xalqlararası əlaqələrin, həm də bizneslər arasında əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı bir daha vurğulanıb.

“Hökumət başçısı qeyd edib ki, Gürcüstan hökuməti Çin ilə hərtərəfli strateji tərəfdaşlığın və siyasi münasibətlərin daha da dərinləşməsinə böyük əhəmiyyət verir və müxtəlif sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verməyə hazırdır.

Görüşdə həmçinin iki ölkə arasındakı hərtərəfli strateji tərəfdaşlığın real nəticələrinə diqqət yetirilib və qeyd olunub ki, turizm və aviasiya ilə yanaşı, ticarət və investisiya sahələrində də iki ölkə arasında artan əməkdaşlıq bunu təsdiqləyir. Görüşdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani də iştirak edib, – hökumət Administrasiyasının məlumatında deyilib.

Oxşar