İrakli Kobaxidze - Bu ilki 17 may hər birimiz üçün xüsusidir, çünki bu il xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyini qeyd edirik
İrakli Kobaxidze - Bu ilki 17 may hər birimiz üçün xüsusidir, çünki bu il xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyini qeyd edirik

Bu ilki 17 may hər birimiz üçün xüsusidir, çünki bu il xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyini qeyd edirik. 17 əsr əvvəl xristianlıq ölkəmizin özünəməxsusluğunun və kimliyinin ən mühüm dayaqlarından birinə çevrilərək unikal mədəniyyətimizi və dəyərlərimizi müəyyən etdi, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Üçlük Kafedral məbədində çıxışı zamanı bildirib.

Baş nazirin sözlərinə görə, məhz bu mədəniyyət və dəyərlər əsasında 17 may Ailə Müqəddəsliyi və Valideynlərə Hörmət Günü elan edilib.

“Sizi Ailə Müqəddəsliyi və Valideynlərə Hörmət Günü münasibətilə təbrik edirəm. Bu il 17 may hər birimiz üçün xüsusi bir gündür. Bu il xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyini qeyd edirik. 17 əsr əvvəl xristianlıq ölkəmizin özünəməxsusluğunun və kimliyinin ən mühüm dayaqlarından birinə çevrilərək unikal mədəniyyətimizi və dəyərlərimizi müəyyən etdi. Məhz bu mədəniyyət və dəyərlər əsasında 17 may Ailə Müqəddəsliyi və Valideynlərə Hörmət Günü elan edildi”, – Baş nazir bildirib.