İrakli Kobaxidze – Bu gün gürcü aviasiyası tarixində yeni bir səhifə açılır, bu, turizm potensialının tam şəkildə mənimsənilməsinə əhəmiyyətli töhfə verəcək “Ambassador Aviasiya Kəndi“dir
Bu gün gürcü aviasiyası tarixində yeni bir səhifə açılır, bu, miqyaslı infrastruktur layihəsi olan “Ambassador Aviasiya Kəndi”dir. Bu layihə Kaçretini regionda kiçik aviasiya və aviaturizmin cəlbedici mərkəzinə çevirəcək – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Ambassador Aviasiya Kəndi”nin açılış tədbirində çıxışı zamanı bəyan edib.
Baş nazirin sözlərinə görə, 15 milyon dollar dəyərindəki investisiya layihəsi yerli iqtisadiyyatın gücləndirilməsinə və turizm potensialının tam şəkildə mənimsənilməsinə mühüm töhfə verəcək.
“Bu maraqlı və mühüm tədbirdə iştirak etməkdən çox şadam. Bu gün gürcü aviasiyası tarixində yeni bir səhifə açılır. Bu, dövlət proqramının dəstəyi və “Gürcüstanın İqtisadi İnkişaf Korporasiyası”nın birgə maliyyələşdirməsi ilə həyata keçirilən miqyaslı infrastruktur layihəsi – “Ambassador Aviasiya Kəndi”dir. Bu layihə Kaçretini regionda kiçik aviasiya və aviaturizmin cəlbedici mərkəzinə çevirəcək. 15 milyon ABŞ dolları dəyərindəki investisiya layihəsi yerli iqtisadiyyatın gücləndirilməsinə və turizm potensialının tam şəkildə mənimsənilməsinə mühüm töhfə verəcək.
Bu, 16 hektar ərazini əhatə edən, yüksək standartlara cavab verən aerodromu, beynəlxalq səviyyəli uçuş akademiyası, aviasiya klubu və avia-villalardan ibarət yaşayış qəsəbəsi olan çoxfunksiyalı bir məkandır. Bu infrastruktur bütövlükdə çox maraqlı bir mühit yaradır. Bu, yerli iqtisadiyyatı və turizm potensialını əhəmiyyətli dərəcədə stimullaşdıracaq. Xüsusilə vacib olan odur ki, layihə gənclərimiz üçün beynəlxalq arenaya qapı açır – burada beynəlxalq standartlara uyğun lisenziya alacaq yüksək səviyyəli pilotlar hazırlanacaq”, – İrakli Kobaxidze bildirib.