İrakli Kobaxidze - Brüssel sovet Moskvasına bənzəməməlidir, məktubun bütün bəndlərinə çox aydın cavabımız var, boş siyasi ultimatumlar çox məyusedicidir
İrakli Kobaxidze - Brüssel sovet Moskvasına bənzəməməlidir, məktubun bütün bəndlərinə çox aydın cavabımız var, boş siyasi ultimatumlar çox məyusedicidir

Brüssel sovet Moskvasına bənzəməməlidir, bizə hər şeylə bağlı arqumentlər lazımdır, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Brüsseldən göndərilən məktubla bağlı jurnalistlərə bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, ailə dəyərləri, yetkinlik yaşına çatmayanların maraqlarının qorunması və şəffaflıqla bağlı qanunlar Gürcüstan üçün çox vacibdir.

“Bizim bütün məsələlərdə Brüsselə çox aydın cavabımız var. Məhbuslarla bağlı danışarkən mövqeyimiz tam aydındır – onların hər biri konkret cinayət törətmiş şəxsdir. Bizimlə bu barədə danışsınlar. Hər hansı bir işlə bağlı hüquqi sualları varsa, mehriban davransınlar və bizə izah etsinlər. Təbii ki, belə suallar mövcud deyil. Müvafiq olaraq da, boş siyasi ultimatumlar var və bu da çox məyusedicidir”, -Baş nazir bildirib