İrakli Kobaxidze - „Borcomi“ layihəsinin sosial təsiri çox vacibdir, 600-ə qədər işlə təmin edilmiş şəxs eyni sayda ailə üçün sabit gəlir və region üçün yeni inkişaf perspektivi deməkdir
İrakli Kobaxidze - „Borcomi“ layihəsinin sosial təsiri çox vacibdir, 600-ə qədər işlə təmin edilmiş şəxs eyni sayda ailə üçün sabit gəlir və region üçün yeni inkişaf perspektivi deməkdir

Yeni „Borcomi“ layihəsinin sosial təsiri çox vacibdir,–600-ə qədər işlə təmin edilmiş şəxs eyni sayda ailə üçün sabit gəlir deməkdir və eyni zamanda bütün region, xüsusən Borcomi bələdiyyəsi üçün yeni tərəqqi və inkişaf perspektivi deməkdir”, – bu barədə Gürcüstanın Baş Naziri İrakli Kobaxidze “Borcomi” zavodunun açılış mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Gürcüstan hökumətinin prioriteti məhz belə milli istehsalın inkişafına maksimum dəstək verməkdir.

“Hökumətimizin prioriteti məhz belə milli istehsalın inkişafına maksimum dəstək verməkdir. Belə istehsal ölkə daxilində sərvət yaradır və Gürcüstana dünya miqyasında yüksək keyfiyyətli məhsul istehsalçısı kimi nüfuz qazandırır. Mən şirkət rəhbərliyinə, hər bir investora və əməkdaşa bu milli əhəmiyyətli işin başlanması və uğurla həyata keçirilməsi üçün təşəkkürümü bildirirəm.Bu önəmli gün münasibətilə sizi təbrik edirəm və gürcü brendinin dünya bazarında tanıdılması işində uğurlar arzulayıram”, – baş nazir bildirib.