İrakli Kobaxidze BMT-nin baş katibi tərəfindən Baş Assambleyanın 79-cu sessiyasında iştirak edən ölkələrin liderlərinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda iştirak edib
İrakli Kobaxidze BMT-nin baş katibi tərəfindən Baş Assambleyanın 79-cu sessiyasında iştirak edən ölkələrin liderlərinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda iştirak edib

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin baş katibi Antonio Quterreşin BMT-nin Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən ölkələrin liderlərinin şərəfinə keçirilən rəsmi qəbulunda iştirak edib. Bu haqda məlumatı Gürcüstanın Hökumət Administrasiyası yayır.

Onların məlumatında, BMT-nin Baş Assambleyasının 79-cu sessiyasının ümumi debatlarının bu gün açıldığı və sentyabrın 30-dək davam edəcəyi deyilir.

Administrasiyanın məlumatında qeyd edildiyi kimi, ümumi debatlar çərçivəsində Gürcüstanın Baş naziri sentyabrın 25-də BMT-nin tribunasından dünya liderləri qarşısında çıxış edəcək.