İrakli Kobaxidze BMT-nin Baş Assambleyasının 79-cu sessiyasının ümumi debatlarının açılışında iştirak edib

20:01, 24.09.2024

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Baş Assambleyasının 79-cu sessiyasının ümumi debatlarının açılışında iştirak edib.

Ümumi debatlar Birləşmiş Millətlər Təşkilatının baş katibinin və Baş Assambleyanın prezidentinin çıxışları ilə açılıb. Braziliyanın Prezidenti Luis İnasio Lula da Silva, ABŞ-nin Prezidenti Cozef Bayden, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər dövlətlərin liderləri ümumi debatların açılış sessiyasının iştirakçıları qarşısında çıxış ediblər.

Baş Assambleyanın 79-cu sessiyasının ümumi debatlarının mövzusu “Heç kəsi geridə qoymamaq: indiki və gələcək nəsillər üçün sülh, davamlı inkişaf və insan ləyaqətinin tərəqqisi üçün birgə hərəkət etmək”dir.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.

Oxşar