İrakli Kobaxidze - BMT-nin Baş Assambleyası üzləşdiyimiz qlobal çağırışların müzakirə və həll edilməsi üçün dünya liderlərini bir araya gətirir
İrakli Kobaxidze - BMT-nin Baş Assambleyası üzləşdiyimiz qlobal çağırışların müzakirə və həll edilməsi üçün dünya liderlərini bir araya gətirir

 
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının ümumi debatlarının açılışında iştirak etmək şərəfinə nail oldum, bu unikal platforma üzləşdiyimiz qlobal çağırışların müzakirə və həll edilməsi üçün dünya liderlərini bir araya gətirir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X” sosial şəbəkəsində yazır.

Hökumət başçısı sülhün və davamlı inkişafın təmin edilməsində əməkdaşlığın vacibliyini vurğulayır.

“Əməkdaşlıqla indiki və gələcək nəsillər üçün sülhə, davamlı inkişafa və insan ləyaqətinə kömək edilir. Bu qərarlar hamı üçün bərabərlik, əməkdaşlıq və tərəqqini təmin edən gələcəyin yaradılması üçün mühüm olacaq” – İrakli Kobaxidze yazır.