İrakli Kobaxidze - Bizim məqsədimiz elə bir mühit yaratmaqdır ki, polis özünü təhlükəsiz, motivasiyalı və daha çox dəyər verilmiş hiss etsin; Birlikdə daha təhlükəsiz və ədalətli bir dövlət quracağıq
İrakli Kobaxidze - Bizim məqsədimiz elə bir mühit yaratmaqdır ki, polis özünü təhlükəsiz, motivasiyalı və daha çox dəyər verilmiş hiss etsin; Birlikdə daha təhlükəsiz və ədalətli bir dövlət quracağıq

Bu gün yanğınsöndürən-xilasedicilərə təşəkkürümü bildirmək istəyirəm – onlar cəmiyyətimizdə böyük sevgi, etimad və hörmət qazanıblar, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Polis Gününə həsr olunmuş təntənəli tədbirdəki çıxışı zamanı bildirib.

Onun söylədiyinə görə, polislər hər an, hətta canları bahasına da olsa, həmvətənlərimizin təhlükəsizliyinin qayğısına qalmağa hazırdırlar.

“Bu il də belə oldu – Qərbi Gürcüstanda baş vermiş təbii fəlakət zamanı yanğınsöndürən-xilasedicilər vətəndaşlara qayğı göstərmək üçün əllərindən gələni etdilər.