İrakli Kobaxidze - Bizim məqsədimiz 2028-ci ilə qədər işsizlik səviyyəsini 4%-ə gədər endirməkdir, biz 200 min iş yeri yaratmaq istəyirik, həmçinin orta əmək haqqının 3500 lariyə çatması üçün iddialı hədəfimiz var

Məqsədimiz 2028-ci ilə qədər ölkəmizdə işsizlik səviyyəsini maksimum 4%-ə gədər endirməkdir. Bunun üçün biz 200 min iş yeri yaratmaq istəyirik”, Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatla çıxışı zamanı bildirib.

Hökumət başçısının söylədiyinə görə, hakimiyyətin götürdüyü indiki templə dörd il ərzində ölkədə əlavə 200 000 iş yerinin yaradılması tamamilə realdır.

“Həmçinin, iqtisadi artım əhalinin orta əməkhaqqının artmasına da təsir edib. 2025-ci ilin birinci rübündə orta əmək haqqı 2170 lari təşkil edib.2012-ci ildə vəziyyətin necə olduğunu xatırlatmaq istəyirəm. O zaman orta əməkhaqqı 712.5 lari təşkil edirdi, müvafiq olaraq, bu müddət ərzində biz ölkəmizdə orta əməkhaqqını 3 dəfə artırmışıq. Burada da 2028-ci il üçün iddialı hədəfimiz var. Biz orta əmək haqqının 3500 lariyə çatmasını istəyirik. Mövcud templəri nəzərə alaraq, bu tamamilə realdır”, – İrakli Kobaxidze bildirib.