İrakli Kobaxidze - Bizim istəyimiz ABŞ ilə strateji tərəfdaşlığı təmiz səhifədən və konkret yol xəritəsi ilə bərpa etməkdir
İrakli Kobaxidze - Bizim istəyimiz ABŞ ilə strateji tərəfdaşlığı təmiz səhifədən və konkret yol xəritəsi ilə bərpa etməkdir

Cənab Rubionun mesajı bizə nikbinlik üçün əsas verir. Hadisələrin inkişafını gözləməliyik, bizim tərəfimizdən strateji tərəfdaşlığın bərpası ilə bağlı tam açıqlıq nümayiş etdiriləcək”, – bu barədə Baş nazir İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə jurnalistin sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, Gürcüstanın arzusu ABŞ ilə strateji tərəfdaşlığını təmiz səhifədən və konkret yol xəritəsi ilə bərpa etməkdir.

“Marko Rubionun mesajı bizə nikbinlik üçün əsas verir, bəyanatımız məlumdur – bizim istəyimiz ABŞ ilə strateji tərəfdaşlığı təmiz səhifədən, konkret yol xəritəsi ilə bərpa etməkdir; əvvəlki administrasiyanın məqsədyönlü siyasəti nəticəsində və kulminasiya nöqtəsində Gürcüstanla dayandırılmış strateji tərəfdaşlığı. Bu, bizim bəyan etdiyimiz məqsəddir və cənab Rubionun mesajı bizə nikbinlik üçün əsas verir. Qalan məsələlərdə hadisələrin inkişafını gözləməliyik, bizim tərəfimizdən strateji tərəfdaşlığın bərpası ilə bağlı tam açıqlıq nümayiş etdiriləcək”, – Baş nazir qeyd edib.