İrakli Kobaxidze - Bizim iki əsas gürcü arzumuz var: ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması və ərazi bütövlüyünün bərpası
İrakli Kobaxidze - Bizim iki əsas gürcü arzumuz var: ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması və ərazi bütövlüyünün bərpası

Bizim iki əsas gürcü arzumuz var: ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması və ərazi bütövlüyünün bərpası”, – bu barədə Baş nazir İrakli Kobaxidze parlamentdə illik hesabatla çıxışı zamanı bildirib.

İraki Kobaxidzenin qeyd etdiyi kimi, Gürcüstan hökuməti tərəfindən atılan hər addım nəticə etibarilə bu iki əsas məqsədin həyata keçirilməsinə yönəlib.

“Bizim iki əsas arzumuz, iki əsas gürcü arzumuz var – bu, ölkəmizdə yoxsulluğun tamamilə aradan qaldırılmasıdır və və biz bu istiqamətdə çox sürətlə irəliləyirik. Orta müddətli perspektivdə bu məqsədə tam çatmaq imkanımız olacaq. İkincisi – ərazi bütövlüyünün bərpasıdır ki, bu da bizim milli arzumuzdur. Gürcüstan hökuməti tərəfindən atılan hər bir addım nəticə etibarilə bu iki əsas gürcü arzusunun həyata keçirilməsinə yönəlib. Əminəm ki, bizim birgə səylərimizlə, komandamızın əməkdaşlığı ilə bütün bu məqsədlər ölkəmiz üçün uğurla reallaşacaq, ölkəmizin irəliləməsi və inkişafı davam edəcək. Yaşasın ölkəmiz”, – İrakli Kobaxidze bildirib.