İrakli Kobaxidze - Bizim hələ də Avropa İttifaqının tamhüquqlu üzvü olmaq məqsədimiz var, lakin bu yolu yalnız qaydalar və ədalət prinsiplərinə uyğun olaraq davam etdirmək istəyirik
İrakli Kobaxidze - Bizim hələ də Avropa İttifaqının tamhüquqlu üzvü olmaq məqsədimiz var, lakin bu yolu yalnız qaydalar və ədalət prinsiplərinə uyğun olaraq davam etdirmək istəyirik

“Biz imkan verə bilmərik ki, bəzi qüvvələr Avropaya inteqrasiya məsələsindən gürcü xalqına qarşı şantaj aləti kimi istifadə etsinlər”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze CCTV-nin “Liderlərin söhbəti” verilişində bildirib.

Hökumət başçısının dediyinə görə, Gürcüstan 2022-ci ildə Avropa İttifaqına namizəd statusu almaq üçün müraciət edib, lakin bu müraciət rədd edilib.

“Nəhayət, namizəd statusunu almaq üçün il yarım lazım oldu. Bunun üçün biz mübarizə aparmalı olduq. Həmçinin, bu namizəd statusundan şantaj üçün istifadə olundu. Sonradan Avropa İttifaqı ilə üzvlük danışıqlarının başlanması məsələsindən istifadə edərək bizi şantaj etməyə başladılar, bu isə yaxşı deyil, çünki nəticədə Gürcüstanda iğtişaşlara səbəb oldu. Əlbəttə, bizim hələ də Avropa İttifaqının tamhüquqlu üzvü olmaq məqsədimiz var, lakin bu yolu yalnız qaydalar və ədalət prinsiplərinə uyğun olaraq davam etdirmək istəyirik. Bu, bizim ümumi yanaşmamızdır”, – baş nazir bildirib.