İrakli Kobaxidze -Gürcüstanı texnologiya və innovasiyalar üzrə regional lider etmək kimi iddialı məqsədimiz var, bu da bütün istiqamətlərdə daha çox inkişaf və investisiyalar deməkdir
İnnovativ ekosistemin təşviqi bizim üçün prioritetdir və məhz bu istiqamətdə həyata keçirdiyimiz islahatlar buna xidmət edir. Bütüngürcü innovativ startap şirkətləri üçün ilk üç il ərzində 0% vergi rejimini nəzərdə tutan qanunvericilik paketi hazırlanıb”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Kutaisi texnoloji mərkəz konsepsiyasının təqdimatında çıxışı zamanı bildirib.
Baş nazirin dediyinə görə, hökumətin Gürcüstanı texnologiya və innovasiyalar üzrə regional lider etmək kimi iddialı məqsədi var.
“Gürcüstanı texnologiya və innovasiyalar üzrə regional lider etmək kimi iddialı məqsədimiz var ki, bu da bütün istiqamətlərdə daha çox inkişaf və dünyanın hər yerindən daha çox investisiya deməkdir. İnnovativ ekosistemin təşviqi bizim üçün prioritetdir və məhz bu istiqamətdə həyata keçirdiyimiz islahatlar buna xidmət edir. İlk üç il ərzində Gürcüstanın bütün innovativ startap şirkətləri üçün 0% vergi rejimini nəzərdə tutan qanunvericilik paketi hazırlanıb. Bundan başqa, bir vacib yeniliyi sizə çatdırmaq istərdim – yaxın gələcəkdə San-Fransisko şəhərində, Silikon Vadisində gürcü texnoloji mərkəzi açılacaq, bu da gürcü startaplarının inkişafına daha da kömək edəcək və gürcü startaplar, aparıcı vençur fondları və texnoloji nəhənglər arasında bir növ körpü olacaq. Əminəm ki, Gürcüstan daha geniş bölgədə texnologiyaların inkişafı istiqamətində lider olacaq və Kutaisi texnoloji mərkəzi bu prosesdə mühüm rol oynayacaq.
Bu layihənin həyata keçirilməsində əməyi olan hər kəsə – ilk növbədə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə və İnnovasiyalar və Texnologiyalar Agentliyinə, şəxsən Baş nazirin birinci müavininə, Regional İnkişaf və İnfrastruktur Nazirinə və hər kəsə təşəkkürümü bildirirəm. Bu ən mühüm layihənin həyata keçirilməsində bilavasitə iştirak edən insanlardır”, – Baş nazir bildirib.