İrakli Kobaxidze - Bizim əsas prioritetimiz Avropa İttifaqına üzv olmaqdır, bizim müəyyən çağırışlarımız var, lakin ümid edirəm ki, bölgədə sülhün bərpası ilə Gürcüstanın inteqrasiyası intensiv şəkildə həyata keçiriləcək
İrakli Kobaxidze - Bizim əsas prioritetimiz Avropa İttifaqına üzv olmaqdır, bizim müəyyən çağırışlarımız var, lakin ümid edirəm ki, bölgədə sülhün bərpası ilə Gürcüstanın inteqrasiyası intensiv şəkildə həyata keçiriləcək

İrakli Kobaxidze – Bizim əsas prioritetimiz Avropa İttifaqına üzv olmaqdır, bizim müəyyən çağırışlarımız var, lakin ümid edirəm ki, ölkəmizdə və regionumuzda sülhün bərpası ilə Gürcüstanın inteqrasiyası daha intensiv şəkildə həyata keçiriləcək, – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Çoxqütblü dövrdə tərəfdaşlıq” panel müzakirəsində çıxışı zamanı bəyan edib.

İrakli Kobaxidzenin dediyinə görə, inkişaf və müxtəlif ölkələrlə düzgün münasibətlərin qurulması üçün ən vacib şey sülhdür.

“Alyanslara gəlincə, bizim çox aydın baxışımız var, əsas prioritetimiz Avropa İttifaqına üzv olmaqdır, bu istiqamətdə bizim müəyyən çağırışlarımız var, lakin ümid edirik ki, ölkəmizdə və bölgədə, xüsusən də Ukraynada sülhün bərpası ilə Gürcüstanın inteqrasiyası daha intensiv şəkildə həyata keçiriləcək. Biz müsbət irəliləyişlərə ümid edirik və gözləyirik. Müxtəlif ölkələr arasında düzgün münasibətlər və inkişaf üçün əsas olan sülhdür, buna görə də bölgəmizdə sülhün möhkəmlənməsinə xüsusi diqqət yetirilməlidir və biz bunu sülhpərvər baxışlı bir ölkə olan Türkiyə ilə birlikdə etməkdən çox məmnunuq. Gələcəyə baxaraq demək istəyirəm ki, biz sülh baxışını həyata keçirməyə davam edəcəyik və ölkənin inkişafına, xüsusən də iqtisadi inkişafa diqqət yetirəcəyik ki, bu da əlaqə qabiliyyəti və iqtisadi vəziyyəti daha da gücləndirəcək. Sülh və firavanlıq hamımızın diqqət yetirməli olduğu şeydir”, – Baş nazir bildirib.