İrakli Kobaxidze - Bizim ən mühüm vəzifələrimizdən biri ölkəmizin tranzit və əlaqəlilik funksiyasını gücləndirməkdir və Rikoti layihəsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir
İrakli Kobaxidze - Bizim ən mühüm vəzifələrimizdən biri ölkəmizin tranzit və əlaqəlilik funksiyasını gücləndirməkdir və Rikoti layihəsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir

Bizim əsas vəzifələrimizdən biri ölkəmizin tranzit və əlaqəlilik funksiyasını gücləndirməkdir”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Rikoti magistral yolunun tikintisinin tamamlanması mərasimində çıxış edərkən bildirib.

Hökumət başçısının dediyinə görə, Rikoti layihəsi bu baxımdan da ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir.

“Ölkəmiin məhz buna ehtiyacı var. Ölkəmizə inkişaf, sürətli inkişaf lazımdır və bu cür layihələrin həyata keçirilməsi bunun üçün ən yaxşı yol və vasitədir. Mən bir daha bu layihənin həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edirəm və bu unikal layihənin uğurla başa çatması münasibətilə hər kəsi təbrik etmək istəyirəm”, – Baş nazir bildirib.